Vüsal müharibədə kadrlara düşdüyü o anda hansı hissləri yaşayıb? - VİDEO

14 Aprel 2021 09:00 Bizimkilər 748
Vüsal müharibədə kadrlara düşdüyü o anda hansı hissləri yaşayıb? - VİDEO

Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Hamı onu "Topçu Vüsal" kimi tanıdı.

İndi həmin Vüsal Xaçmaza - ailəsinin yanına gəlib. "XəzərXəbər" Vüsalla görüşüb. 44 günlük Vətən müharibəsi zamanı qürurlu duruşu ilə məğrurluq simvoluna çevrildi.

Hərəkətləri ilə bir anda tanındı və hamının yaddaşında Topçu Vüsal kimi qaldı.. Əsgər, Xaçmaz sakini Vüsal Şahkərimov hərbi xidmətdən məzuniyyətə buraxılıb.

Vüsal kadrlara düşdüyü o anda hansı hissləri yaşayırdı? Xidmətini hansı duyğularla yerinə yetirirdi?

Vüsalın da iştirak etdiyi top atışlarında düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Onlara xəbər çatanda isə əhval-ruhiyyələri lap yüksək olub.

Vüsal məzuniyyətə buraxılanda da onun təmtəraqla qarşılanmasını istəməyib. Ona görə də evə gələndə valideynlərinin də xəbəri olmayıb.

Vətən müharibəsi dövründə Azərbaycan xalqı əslən Xaçmaz rayonundan olan Vüsal Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb.

Top atəşini yerinə yetirdikdən sonra məğrur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddətdə sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

Vusal Şahkərimov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı