"Burada hər şey ola bilər"

24 May 2024 08:20 Basketbol 665
"Burada hər şey ola bilər"

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Xəzri” ilə final seriyasının üçüncü oyunundan sonra görüşlə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, üçüncü qarşılaşmadan qalib ayrılmaqla final seriyasında 2:1-lik üstünlük qazanan “Sabah”ın çalışdırıcısı bunları söyləyib:

“Oyun gərgin alınsa da, 40 dəqiqə oynamağa hazır idik. Fiziki cəhətdən yaxşı hazırlaşmışdıq.

Son periodda dəqiq atışlarımız az olsa da, oyunçular hərəkətli idi. Rəqib isə hiss olunur ki, yorulmuşdu.

Bizim üçün vacib qələbə idi. Final seriyasında hər şey ola bilər. Hər oyuna sonuncu kimi hazırlaşırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi