"Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq".
bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının V turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Neftçi" - "Abşeron" qarşılaşması ikincilərin 72:56 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
"Hər zaman ilk periodları yaxşı oynayırıq. Bu dəfə də belə oldu.
Bundan öncəki matçlardan fərqli olaraq fasilədən sonrakı dövrələri yaxşı oyunla başa vurduq Müdafiədə inamlı idik və bu da öz növbəsində hücumdakı keyfiyyətimizə müsbət təsir etdi.
Daha öncə məğlub olduğumuz qarşılaşmalarda da belə oyun nümayiş etdirə bilsəydik, son hissələrdə qalib gələ bilərdik.
Bu matça çox yaxşı hazırlaşmışdıq. Gözəl qələbə oldu. Bu qalibiyyətə görə çox sevincliyik".