Azərbaycanda yeni yaranan klub gürcüstanlı məşqçi ilə anlaşdı

16 Oktyabr 2024 08:30 Basketbol 1 982
Azərbaycanda yeni yaranan klub gürcüstanlı məşqçi ilə anlaşdı

“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.

Sportinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.

O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.

Karyerasını yayda başa vuran V.Çkareuli buna qədər "Suxumi"nin U-22 komandasının baş məşqçisi və "Zaza Pachulia Basketball Academy"də məşqçi kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da