"Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”

1 Mart 04:00 Basketbol 323
"Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”

"Azərbaycan kuboku hər komanda üçün önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Kubokunun qrup mərhələsinin I turunda “Gəncə”yə 99:63 hesabı ilə qalib gəldikləri oyun barədə klubun mətbuat xidmətinə danışarkən deyib.

Türkiyəli mütəxəssis ölkə kubokunun əhəmiyyətindən və inamlı qələbədən söz açıb:

“Kubokda müxtəlif variantları sınaqdan keçiririk. “Gəncə”yə qalib gəldiyimiz matçda variantlarımız işimizə yaradı. Oyunun startından müəyyən üstünlük əldə etdik.

Bundan sonra digər oyunçulara da şans verdik. Rəqib güclü komandadır və zaman-zaman geridönüş etdilər. Basketbolda belə şeylər var. Biz də ona qarşı tədbir görərək qarşılaşmanı yaxşı şəkildə bitirdik".

E.Alkaya kubokdakı hədəflərdən də söz açıb: “Ümid edirəm ki, kubokda yaxşı nəticə əldə edəcəyik. Qrupumuzda yaxşı komandalar var. Biz də bütün komandalar kimi ən yüksək hədəfə çatmaq istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!