
Sportinfo.az xəbər verir ki, U-16 və U-18 yığmamızın üzvü Hüseyn Qaflanov, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə basketbol karyerasını daha üst səviyyədə davam etdirmək üçün ABŞ-a yola düşüb.
15 yaşında 210 santimetr boya malik basketbolçu bu oyunun sirlərinə daha yaxından yiyələnmək üçün Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kursları keçəcəkdir.
Bu hazırlıq prosesində basketbolçumuza peşəkar amerikalı mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.