Şuşadakı turnirə qatılacaq komandalar açıqlandı - "Neftçi" də var

3 İyun 2023 15:40 Basketbol 647
Şuşadakı turnirə qatılacaq komandalar açıqlandı -

12-13 iyun tarixlərində Şuşa şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Sportinfo.az xəbər verir ki, 3×3 qadın millimizlə yanaşı ikisi klub komandası olmaqla ümumilikdə 8 kollektiv bu yarışda iştirak edəcək.

İştirakçı komandaları təqdim edirik: Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə, Azərbaycan 3×3 qadın yığma komandaları, Yaponiyanın “G FLOU” və Bakının “Neftçi” klubu.

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları Şuşa şəhər “Tut Bağı”nda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu