İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi

11 Aprel 2023 10:00 Basketbol 210
İlk Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun final oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən final oyununda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər.

Son topa qədər davam edən mübarizənin yekununda BBA komandası 51:48 hesablı qələbə qazanıb.

Nəticədə bu komanda qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olub.

Xatırladaq ki, ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, “Alov”, PH və AZE U-16.

Xəbər Lenti