İşğaldan qurtulan Cəbrayılın stadionundan YENİ FOTO

14 Oktyabr 2020 09:28 Azərbaycan Futbolu 1 526
İşğaldan qurtulan Cəbrayılın stadionundan YENİ FOTO

Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Cəbrayıl şəhərinə aid yeni fotolar yayılıb.

Sosial şəbəkələrdə paylaşılan şəkillərdən biri də stadionla bağlıdır.

Çəkilişdən bəlli olur ki, vaxtilə «Xudafərin»in ev oyunlarını keçirdiyi arena heç də pis vəziyyətdə deyil.

Ən diqqətçəkən mqam təbii qazonun qaydasında olması, göz oxşamasıdır. Taxta tribunalardan biri hələ də salamatdır. Yaxınlıqda xüsusi evlər və yardımçı binalar nəzərə çarpır.

Üzə çıxan foto bu rayondan olan futbol adamlarında böyük sevinc hissi yaradıb. Səbuhi Səfiyarlı və Cavid Hüseynov bununla bağlı öz fikirlərini bölüşüblər.

SPORTİNFO.AZ

Xəbər Lenti