Millimizin ilk rəsmi qələbəsinin memarı olmuş futbolçuya daha bir ağır itki

21 Sentyabr 2020 21:20 Azərbaycan Futbolu 1 715
Millimizin ilk rəsmi qələbəsinin memarı olmuş futbolçuya daha bir ağır itki

I Divizionda çıxış edən “Kəpəz”in əsas komandasının məşqçisi Vidadi Rzayevə ağır itki üz verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssisin atası Vaqif Rzayev vəfat edib.

İyulda veteran futbolçunun kiçik qardaşı Ayaz Rzayev 47 yaşında həyatını itirmişdi.

53 yaşlı Vidadi Rzayev Azərbaycanda “Neftçi”, “Dinamo” (Gəncə), “Turan”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, “Olimpik”də, xaricdə “Terek” (Rusiya), “Ərzurumspor” (Türkiyə) və “Mes” (İran) klublarında çıxış edib.

“Turan”, “Neftçi”, “Kəpəz” və “Şəmkir”lə ümumilikdə beş dəfə Azərbaycan çempionu olmuş V.Rzayev 1996-cı ildə İsveçrə üzərində ilk rəsmi qələbəmizin memarı olub.

O, bu səbəbdən həmin il ölkəmizdə ən yaxşı futbolçu seçilib. Vidadi Rzayev “Karvan”da baş məşqçi, “Qəbələ”də köməkçi məşqçi işləyib.

Digər Xəbərlər
Xəbər Lenti