Qurbanovdan 2-ci... FOTO

5 İyul 2020 00:42 Azərbaycan Futbolu 1 170
Qurbanovdan 2-ci... FOTO

Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Nicat da bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub.

Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb. 4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə ərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti