"Şuşa" futzal klubunda maliyyə böhranı yaşanır.
Bu barədə redaksiyamıza futbolçular məlumat verib.
Adlarının çəkilməsini istəməyən oyunçular yarım ildən artıqdır maaş almadıqlarını deyiblər.
Əlavə olaraq deyək ki, klub yüksək dəstədə çıxış edir.
Azərbaycan Futzal Federasiyası tərəfindən maliyyələşdirilir.
Əslində federasiya ilk vaxtlar kluba pis baxmayıb.
Verilən bütün vədlər yerinə yetirilib.
Maliyyə sıxıntısı bu ilin yanvar ayından başlayıb.
Əsas problem maaşların ödənilməməsidir.
Dəfələrlə edilən müraciətlərə isə "düzələr" cavabı gəlib.
Aldadılmaqdan yorulan kollektiv son çarə kimi AFFA-ya üz tutmağı planlaşdırır.
XANOĞLAN / SPORTİNFO.AZ

