Çempion Azərbaycanda hansı komandaya azarkeşlik edir?

Çempion Azərbaycanda hansı komandaya azarkeşlik edir?

“Azərbaycan bayrağı altında yarışan hər bir komandaya istər “Sabah”, istər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Zirə” olsun” azarkeşlik edirəm.

Sportinfo.az xəbər verir ki, bunu Olimpiya çempionu, ikiqat Avropa çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

O, avrokuboklarda mübarizə aparan bütün Azərbaycan təmsilçilərinə uğurlar arzulayıb:

“Hər birinə böyük dəstəyimiz var. İnanırıq ki, onlar uğurlu çıxışlarını davam etdirərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər”.

E.Məmmədli “Azərbaycan çempionatında hansı komandaya azarkeşlik edirsiniz?” sualını isə belə cavablandırıb:

“O, sirr qalsın. Bunu deməsəm, yaxşı olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!