Klublarımızın saldığı yeni dəb narazılıqla qarşılandı

Premyer Liqa klublarında yeni dəb formalaşmaqdadır.

Bir neçə il əvvəl ən kasıb təmsilçimiz də xüsusilə yay təlim-məşq toplanışını ölkə xaricində keçirdi.

Ən pis halda qonşu Gürcüstan planlara daxil edilirdi.

İndi isə vəziyyət dəyişib.

Elitanın az qala yarısı Qəbələyə üz tutub.

Yerli "Qəbələ" ilə bərabər "Şamaxı", "Kəpəz" və "Sumqayıt" bölgədə toplanış keçəcək.

"Şəfa" son anda rayondan imtina edib, Bakıda qalası oldu.

"Araz Naxçıvan"la "İmişli" də Bakıda bir araya gələcək.

Və sınaq matçları bir-birinin arasında baş tutacaq.

Yaranmış mənzərədən futbolçular heç də məmnun deyillər.

Qeyri-rəsmi söhbətlərdə mütləq əksəriyyəti bunu açıq dilə gətirir.

İki əsas səbəbləri var.

Birincisi yoxlama görüşlərində tanış rəqiblərlə üz-üzə gəlmək onları bezdirir. Onsuz da hər rəqiblə çempionatda 3 dəfə qarşılaşacaqlar. Hazırlıq matçlarından sanki liqanın ab-havasını hiss edirlər. Bu da bezdirici olur.

Digər məsələ isə ağır mövsüm keçirən hər kəs fərqli mühit axtarır.

Xaricə yollanmaq daha cəlbedici görünür.

Bu həm də psixoloji məsələdir.

Psixoloji yükün azalmasına fayda verir.

Görünür, klublar üçün önəmli olan başqa məsələlərdir. Yaxın gələcəkdə dəyişənə oxşamır.

Deməli, oyunçular da bu vəziyyətə alışmalıdır.Premyer Liqa klublarında yeni dəb formalaşmaqdadır.

Deməli, oyunçular da bu vəziyyətə alışmalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti