İngilislər fransızların “xoruz”unu qoltuğuna verdi, dünya üçüncüsü oldu

İngilislər fransızların “xoruz”unu qoltuğuna verdi, dünya üçüncüsü oldu

İngiltərə millisi 2026-cı dünya çempionatında üçüncü yerin sahibi olub.

Sportinfo.az xəbər verir ki, Fransa ilə qarşılaşan ingilislər bürünc medal uğrunda matçda 6:4 hesablı qələbəyə seviniblər.

Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər.

"Xoruzlar"dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.

DÇ-2026-da final matçı saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!