Millimizdən imtina edən futbolçuya o qədər pul verməyə gücləri çatmır

2 İyun 2020 21:40 Azərbaycan Futbolu 610
Millimizdən imtina edən futbolçuya o qədər pul verməyə gücləri çatmır

"Spartak"da çıxış edən azərbaycanlı futbolçu karyerasını “Rostov”da davam etdirə bilər.

23 yaşlı yarımmüdafiəçinin Moskva təmsilçisindən ayrılması gözlənilir.

Quliyev 2018-2019 mövsümündə icarə əsasında "Rostov"da oynayıb. Qışda “Spartak” 1 milyon avro qarşılığında onu geri qaytarıb.

Ancaq azərbaycanlı futbolçu komandadakı intizamsız davranışlarından əvəzedici heyətə göndərilib. Bu səbəbdən də Quliyevin yenidən “Rostov”a qayıtması gözlənilir.

Ayaz “Spartak”ın yetirməsidir. O, cari mövsüm “qırmızı-bəyazlılar”ın heyətində 15 oyun keçirib. Paytaxt təmsilçisinin indi “Rostov”dən nə tələb etməsi məlumdur. “Xalq komandası” qarşı tərəfin Quliyevin maaşını tam ödəməsini istəyir.

Keçmiş klubu isə həm Ayazdan, həm də “Spartak”dan güzəşt umur. Onlar millimizə gəlmək istəməyən oyunçuya hazırkı məvacibinin yalnız 50 faizini ödəməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti