Bu klub intizamsız Quliyevi transfer etməyin yollarını axtarır

31 May 2020 20:20 Azərbaycan Futbolu 880
Bu klub intizamsız Quliyevi transfer etməyin yollarını axtarır

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, intizamsızlığa yol verdiyi üçün komandadan uzaqlaşdırılan yarımmüdafiəçi sabiq klubu “Rostov”a qayıtmağa hazırlaşır.

Quliyev cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib. “Rostov” rəhbərliyi 24 yaşlı orta sahə oyunçusunu transfer etməyin yollarını axtarır. Tərəflər arasında tezliklə danışıqlara start veriləcək.

2018-ci ilin yayında “Spartak”dan 500 min avroya “Rostov”a keçən oyunçunu moskvalılar cəmi 6 ay sonra 1 milyon avroya transfer etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i