Cənubi Azərbaycan futbolunda koronavirus böhranı davam edir

28 May 2020 21:20 Azərbaycan Futbolu 404
Cənubi Azərbaycan futbolunda koronavirus böhranı davam edir

«Traktor»un 4 futbolçusunun koronavirusa yoluxmasını dünən xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, bu dəfə İran super liqasında yarışan Təbrizin digər komandası – «Maşinsazi»nin 6 oyunçusunda virus aşkarlanıb.

Klubun həkimi Məsud Abbaszadə bildirib ki, testlərin sonucu səlahiyyətli laboratoriya tərəfindən təsdiqlənib. Komandanın kapitanı Əziz Məbudi Varzesh3 portalına verdiyi müsahibədə deyib:

“Faciəni anlamaq üçün deməliyəm ki, testdən bir həftə əvvəl bütün futbolçular birlikdə idi. Əgər bu gün bir daha test alınarsa, şübhəsiz ki, 16 futbolçunun virusa yoluxduğu ortaya çıxar.

Almaniyanın infrastrukturu və imkanları bizdə yoxdur. Orada liqanı başlatmaq üçün bir həftə öncədən futbolçuları və ailələrini karantinə alaraq testlər alırlar, daha sonra məşqlərə başlayırlar.

Amma bizdə o imkanlar yoxdur, mən komandanın 15 futbolçusu ilə birlikdə oteldə yaşayıram. Əgər virusa yoluxan 6 nəfərdən biri bizimlə yaşayırsa, deməli, virus bizim hamımıza yoluxub”.

Mayın 27-də «Pars Cənubi Cəm» adlı İranın super liqasının başqa bir klubu bildiriş yayaraq, futbolçularının 4-nün koronavirusa yoluxduğun bəyan edib.

Daha öncə də «Sepahan»da 2, «Saypa»da 1 və «Golgohər Sircan»da 6 oyunçunun virusa yoluxma halı aşkarlanıb.

Super liqa klublarının futbolçularında yoluxma hallarının artmasına baxmayaraq, İranın idman rəsmiləri matçların başladılmasında israrlıdırlar. Bu barədə İranın İdman Tibb Federasiyasının sözçüsü mayın 27-də verdiyi müsahibədə liqanın ertələnməsi və ya ləğvi barədə heç bir qərarın olmadığını bildirib.

Mayın 24-də «Traktor»un baş məşqçisi komandanın 4 futbolçusunda yoluxma halı aşkarlandıqdan sona hamıdan bir daha test alınacağını bildirib. Ancaq klubun rəsmiləri testlərin nəticəsini hələ açıqlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti