Ramil Şeydayev Ayaz Quliyevə belə dəstək oldu - FOTOLAR

28 May 2020 17:38 Azərbaycan Futbolu 723
Ramil Şeydayev Ayaz Quliyevə belə dəstək oldu - FOTOLAR

“Sabah”ın hücumçusu Ramil Şeydayev “Spartak”ın intizamsızlığa görə 2-ci komandaya göndərdiyi futbolçusu Ayaz Quliyevə dəstək olub.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü İnstaqram hesabında Azərbaycan əsilli futbolçu ilə şəklini paylaşaraq “Qardaş, ən başlıcası səbrdir” yazıb.

Daha sonra Şeydayev erməni məşqçi Aleksandr Qriqoryanın Ayazı müdafiə etməsinə münasibət bildirib. O, bununla bağlı yazıb: “Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar”.

24 yaşlı forvard Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun “Ayaz Quliyevin gedişi “Spartak” üçün itki olmayacaq” fikrinə də cavab verib. Şeydayev “Bəs yerdə qalanların hamısı üstündür??” yazaraq, Quliyevə dəstəyini bildirib.

Xatırladaq ki, Ayaz Quliyevin "Spartak"ın məşqçi heyətinin üzvləri ilə nəzakətsiz danışdığı üçün 2-ci komandaya göndərildiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti