Rusiya klubunun yeganə ümid yeri Kamrandır

22 May 2020 23:20 Azərbaycan Futbolu 340
Rusiya klubunun yeganə ümid yeri Kamrandır

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/20 mövsümü ləğv olunub.

Bu barədə Rusiya Futbol İttifaqının (RFS) 15 may tarixində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən "Rotor" və "Ximki" Premyer Liqaya yüksəlib. "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi "Ximki"də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir.

22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya ilə "Dalğa Arena"dakı yoldaşlıq oyununda (1:1) qol vurub. O, həmçinin Gürcüstan ilə yoxlama matçında forma geyinib.

Sportinfo.az xəbər verir ki, 1998-ci il oktyabrın 15-də dünyaya gələn hücumçu indi Ximki təmsilçisinin aparıcı üzvlərindən sayılır. Əvvəl İqor Şalimov, sonradan onun yerinə keçən Sergey Yuran 27 oyunun 25-də azərbaycanlı balasına güvənib.

Kamran da etimadı artıqlaması ilə doğruldub. Belə ki, 25 matçda 1291 dəqiqə forma geyməklə rəqib qapılarına 8 dəfə yol tapıb. Bu isə Əliyevin “Ximki”nin heyətində ən məhsuldar futbolçu edib.

“Luç” və “Mordoviya” ilə qarşılaşmalarda dublla yadda qalıbsa, “Şinnik” və “Spartak-2” ilə görüşlərdə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub. Halbuki Ximki təmsilçisinin heyətində Kamrandan sonra ən çox qol vuran oyunçunun hesabında 5 top var.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu