"Hələ Kamran Ağayevin transferi barədə..." - AÇIQLAMA

20 May 15:46 Azərbaycan Futbolu 999
"Hələ Kamran Ağayevin transferi barədə..." - AÇIQLAMA

"Hələ Kamran Ağayev barədə heç danışılmayıb. Mən tərəfdən belə bir məsələ yoxdur.

Belə məlumat hardandır bilmirəm. Hazırda yalnız çempionatın davam edib-etməyəcəyi haqda fikirləşirik. Yeni transfer haqda isə heç nə düşünmürük"

Bu sözləri "Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev Sportinfo.az-a Kamran Ağayevin tezliklə "Turan-Tovuz"a transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Gənc baş məşqçi 11 aydır futbolsuz qalan kiperin istənilən komandaya faydalı ola biləcəyini, amma hazırda əsas mövzunun çempionatın taleyi ilə bağlı olduğunu bildirib:

"Hələ görək çempionatın taleyi necə olacaq. Nə qərar verəcəklər. Əlbəttə, Kamran kimi qapıçı hər bir komandaya lazımdır. Həm qapıçı, həm də təcrübəli oyunçu kimi. Çempionatla bağlı qərar veriləndən sonra görək nə olur".

Digər Xəbərlər
Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?