Əliyevli “Ufa” Benitesin komandasını darmadağın etdi

24 Fevral 2020 09:42 Azərbaycan Futbolu 727
Əliyevli “Ufa” Benitesin komandasını darmadağın etdi

“Ufa” İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi “Dalyan İfan” ilə üzləşib.

Başqırdıstan klubu bu görüşdə darmadağına sevinib. “Ufa” məşhur ispaniyalı mütəxəssis Rafael Benitesin çalışdırdığı “Dalyan İfan”ın qapısına 4 qol vurub.

Çinlilərin gücü yalnız təsəlli qoluna çatıb – 4:1. Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!