İttihamlara cavab verdi: "Biz nə AGİN, nə də AFFA-ya tabeyik"

21 Fevral 2020 23:40 Azərbaycan Futbolu 738
İttihamlara cavab verdi: "Biz nə AGİN, nə də AFFA-ya tabeyik"

Bu gün Azərbaycan Radiosunun qonağı Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev olub.

Sportinfo.az xəbər verir ki, o, yeni yaradılan federasiyanın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ya AFFA-ya tabe olması ilə bağlı iddialarla razılaşmadığını deyib:

"Azərbaycan İdman Jurnalistləri Federasiyası qeyri-kommersiya hüquqi şəxs, ictimai birlikdir. Nə AGİN, nə də AFFA-ya tabeyik. AFFA kimi AİJF-da ayrı qurumdur, bərabərhüquqlu təşkilatdır.

AİJF-nın idarə heyətində AGİN və AFFA-dan nümayəndələrin olması, bizim qurumun adıçəkilən digər qurumlara tabe olmasının göstəricisi deyil.

Dünyanın bir çox ölkəsində AİJF kimi təşkilatlar var və onlar da ölkələrinin ayrı-ayrı qurumları, xüsusilə də futbol federasiyaları ilə əməkdaşlıq edir. Bu onların müstəqil fəaliyyətinə mane olmur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar