“Xəzər Lənkəran”ı pis vəziyyətdə qoyan SƏBƏB

21 Fevral 2020 09:54 Azərbaycan Futbolu 1 470
“Xəzər Lənkəran”ı pis vəziyyətdə qoyan SƏBƏB

Fevralın 11-də AFFA İntizam Komitəsinin iclaslnda qəbul edilən qərarlardan biri də “Xəzər Lənkəran”la bağlıdır.

Sportinfo.az xəbər verir ki, Lənkəran təmsilçisinin U-17 komandasına “Səbail”lə qarşılaşmaya təyin olunan vaxtda getmədiyinə görə texniki məğlubiyyət verilib.

Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu problemin nədən qaynaqlandığını açıqlayıb: “Oyuna gec getməyimizin səbəbi avtobusun sınması olub. Sürücü əvvəlcədən elə bilib ki, özü tez təmir edə bilər.

Ancaq sonradan təmir çox gec bitib və görüşə gecikmişik. Ancaq AFFA-ya gec gələcəyimiz deyilib. Bəlkə də bir gün əvvəl deyilsəydi, nəzərə alınardı. Yəqin ki, az vaxt qalmış deyildiyinə görə nəzərə alınmayıb.

Komanda növbəti oyunlarda iştriak edəcək. Heç bir problem yoxdu. Bu qərarla bağlı etiraz etmək fikrimiz yoxdu. Çünki artıq qərar qəbul olunub”.

Digər Xəbərlər
Xəbər Lenti