"Kimə zəng edib, deyə bilərəm ki, pulsuz futbol oyna?"

20 Fevral 2020 12:16 Azərbaycan Futbolu 1 133
"Kimə zəng edib, deyə bilərəm ki, pulsuz futbol oyna?"

AFFA-nın təşkil etdiyi Region Liqasında növbəti biabırçılıq baş verib.

Sportinfo.az xəbər verir ki, Paytaxt-Şimal zonası üzrə mübarizə aparan «Şahdağ» 9-cu tur çərçivəsində «Uğur»la səfər oyununa yollanmayıb.

Ötən ilin yayında yaradılan Quba komandası maliyyə problemləri ilə üzləşdiyindən, bu vəziyyətə düşüb. «Şahdağ»ın rəhbəri Xanbaba Daşdının bu barədə fikirlərini dinləyək:

"Çox təəssüf edirəm ki, Qubamızın "Şahdağ"ı "Uğur"la oyun üçün Sumqayıta yollana bilmədi. Maliyyə problemlərindən çıxa bilməməyimiz klubu əməlli uçuruma aparıb.

Problem təkcə oyun xərcləri ilə bitmir, onu həll edə bilərdim. Ancaq indiki vaxtda kimə zəng edib deyə bilərəm ki, pulsuz futbol oynasın?

Hamı ailəsinə görə harada gəldi, işləyir ki, evinə bir parça çörək aparsın. Oyunçularım əllərindən gələni etdilər birinci dövrədə.

Mən də əlimdən nə gəlirdisə etdim, ancaq Quba adı üçün indiki vaxtda bir neçə oyunçudan başqa kimisə görmədim ki, sinəsini irəli verib, dəstək göstərsin.

Futbolda olur belə şeylər. Heç nə unudulmur, pul hər şey deyil. Xeyirlisi Allahdan! Görək nə olur".

Xəbər Lenti