“Kimdir o? Bilmək istəyirik“

14 Fevral 2020 13:26 Azərbaycan Futbolu 847
“Kimdir o? Bilmək istəyirik“

“Kimdir o? Biz bilmək istəyirik“. Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova məxsusdur.

“Azərbaycan Radiosu”nun qonağı olan federasiya rəhbəri “CBC Sport”un əməkdaşı Elnur Məmmədlinin sosial şəbəkədə açıqladığı hadisəyə münasibət bildirib.

E.Məmmədli AFFA Məşqçilər Komitəsindən bir nəfəri verilişə dəvət ediyini, lakin onun - “ölkə çemponatına baxmıram” deyib, dəvətdən imtina eməsini yazıb.

E.Məmmədov: “Komitənin çox faydalı işləri olur. Onlar xüsusən aşağı yaş millilərini yaxından izləyirlər, çatışmazlıqlar və s. barədə raport hazırlayırlar, müxtəlif təkliflər verirlər.

Ölkə fubolunu yaxından izləyirlər və bu, belə də olmalıdır. Əgər kimsə izləmədiyini deyibsə, o, Məşqçilər Komitəsində təmsil oluna bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti