Azərbaycanlı futbolçu klubundan CAS-a şikayət edir – 70 min manatlıq MÜBAHİSƏ!

4 Dekabr 2023 09:20 Azərbaycan Futbolu 1 617
Azərbaycanlı futbolçu klubundan CAS-a şikayət edir – 70 min manatlıq MÜBAHİSƏ!

"Araz-Naxçıvan"da forma geyinən Tural Bayramlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır.

Buna səbəb AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin onun şikayətinə mənfi reaksiya göstərməsidir.

Belə ki, komitə 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən kompensasiya tələbi və "dənizçilər"ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiasını təmin etməyib.

"Səbail" yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas gətirərək şikayət edib.

O, Bayıl təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği - 70 min manatı istəyir.

AFFA-nın problemli məsələyə birtərəfli yanaşması Bayramlını CAS-ya getmək məcburiyyətində buraxıb.

Orta sahə oyunçusu bundan ötrü bütün sənədləri toplayıb və prosesin qarşıdakı aylarda beynəlxalq müstəvidə araşdırılması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır