O gəlir, Şeydayev gedir

7 Dekabr 2019 12:15 Azərbaycan Futbolu 1 061
O gəlir, Şeydayev gedir

"Legiya"nın forvardı Yaroslav Nezqoda qışdan sonra karyerasını "Dinamo"da davam etdirəcək. Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubu 24 yaşlı hücumçu ilə danışıqları müsbət yekunlaşdırmaq üzrədir.

Rus klubu polyak forvard üçün 4 milyon avro təzminat ödəməyə hazırdır. Cari mövsüm Polşa çempionatında 15 oyuna çıxan Nezqoda 11 qol və bir məhsuldar ötürmə ilə diqqəti çəkib. Polşalının gəlişi ilə Ramil Şeydayevin komandadan göndərilməsi eyni anda baş tuta bilər. Rusiya mətbuatı Ramilin komandadan ayrılacağını artıq bir müddətdir yazır.

Paytaxt klubu ilə yaya qədər müqaviləsi olan millimizin hücumçusu yeni baş məşqçi Kiril Novikovun gəlişindən sonra da heyətə düşə bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"