Qurbanov Gürcüstanda 6-cı qolunu vurdu

10 Noyabr 2019 17:07 Azərbaycan Futbolu 907
Qurbanov Gürcüstanda 6-cı qolunu vurdu

Gürcüstanın I Divizionunda 34-cü turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, yayda Gürcüstanın aşağı liqa klubu "Samtredia" ilə anlaşan Nicat Qurbanovun komandası doğma meydanda "Qaqra" ilə qarşılaşıb.

Qurbanovun sonadək meydanda olduğu və 37-ci dəqiqədə hesabı açdığı görüşdə komandası böyükhesablı qələbəyə sevinib - 3:0.

Geridə qalan müddətdə 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Nicatın klubla müqaviləsi dekabrda başa çatacaq. Aktivində 71 xal olan "Samtredia" lider "Merani"dən 10 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"