Eltun Turabovun qayıdışı komandanın xeyrinə olmadı

10 Noyabr 2019 16:16 Azərbaycan Futbolu 552
Eltun Turabovun qayıdışı komandanın xeyrinə olmadı

Albaniya Superliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Sabah"ın "Biliş"ə icarəyə verdiyi Eltun Turabovun komandası da növbəti görüşünə çıxıb.

Zədədən yeni qayıdan Eltunun 70 dəqiqə meydanda olduğu qarşılaşmada "Biliş" səfərdə “Skenderbeu”ya məğlub olub - 2:3.

Mallakaster təmsilçisi hazırda topladığı 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, lider "Partizani"dən 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!