"Mübariz Mənsimov mənim gedişimdən sonra çox pul itirdi, “Xəzər Lənkəran”dan əlini çəkdi“

27 Yanvar 2022 11:40 Azərbaycan Futbolu 2 758
"Mübariz Mənsimov mənim gedişimdən sonra çox pul itirdi, “Xəzər Lənkəran”dan əlini çəkdi“

“Mübariz Mənsimovun klubun üstündən əlini çəkməsindən xəbərim var“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək cənub komandasını çalışdırıb. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010/2011 mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş medallarını qazanıb.

Rednik söyləyib ki, təfərrüatı tam bilməsə də, Türkiyədə yaşayan iş adamının kluba pul xərcləməkdən imtina etməsindən məlumatlıdır:

“Yəqin mənim gedişimdən sonra çox pul itirdi deyə, əlini çəkdi (gülür). Mən gedəndən sonra nə qədər pullar xərcləndi? Siz məndən yaxşı bilirsiz.

Amma nəticə olaraq heç nə yox idi. Hər şey bir kənara, futbol şəhəri olan Lənkəranın futbolsuz qalması ürək ağrıdır.

Oradakı futbol azarkeşlərinə heyfim gəlir. Bəlkə də darıxıblar mənim üçün. Mən də onlar üçün çox darıxmışam.

Gərək bir gün vaxt edib gəlim, görüşüm Lənkərandakı dostlarımla“.

Xəbər Lenti