Azərbaycan klublarını sevindirəcək PUL XƏBƏRİ - UEFA açıqladı

18 Dekabr 2021 01:20 Azərbaycan Futbolu 4 702
Azərbaycan klublarını sevindirəcək PUL XƏBƏRİ - UEFA açıqladı

UEFA Avropa futbolu üçün 2030-cu ilədək davamlı inkişaf strategiyasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu koronavirus pandemiyası ilə bağlı maliyyə itkilərini qismən azaltmaq və klublara dəstək məqsədilə avrokuboklardan əldə olunan gəlirləri artırmaq niyyətindədir.

UEFA ilkin mərhələdə bu məbləği 2 milyard avroya çatdırmağı planlaşdırır. Gələcəkdə proqramın genişləndirilməsi gözlənilir.

Qeyd edək ki, UEFA 2020-ci ildə Azərbaycan klublarına ümumilikdə 14 722 404 manat vəsait ayrırıb.

Bunun 11 587 135 manatı “Qarabağ”ın, 11 587 135 manatı “Neftçi”nin, 624 117 manatı "Sumqayıt"ın, 337 338 manatı "Səbail"in, 300 976 manatı “Keşlə”nin, 187 715 manatı "Sabah"ın, 172 651 manatı "Qəbələ"nin, 113 981 manatı isə "Zirə"nin payına düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?