Ramazanovu Yevlaxa aparan səbəb nə olub? - AÇIQLAMA

12 Dekabr 2021 23:00 Azərbaycan Futbolu 1 063
Ramazanovu Yevlaxa aparan səbəb nə olub? - AÇIQLAMA

Dünən Region Liqasının "Karvan" və "Energetik" arasında baş tutan matçı, həm də birvaxtlar "Karvan"ın uğurları üçün əziyyət çəkmiş tanınmış futbol simalarının rəsmi qonaqlar arasında yer alması ilə yadda qaldı.

Sabiqlər arasında yerli publikanın çox sevdiyi oyunçulardan olmuş Zaur Ramazanov da vardı.

Dövrünün ən yaxşı forvadlarından sayılan Ramazanov Yevlax səfərinin təfərruatları ilə bağlı Sportinfo.az-a danışıb: "Dəvət Karvan"ın baş məşqçisi Kənan Kərimovdan gəldi. Bildirdi ki, komandanın azarkeşləri səni görmək istəyir. Təbii ki, mən də razılaşdım".

O, yerli azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılandığını sözlərinə əlavə edib: "Stadionda gözəl atmosfer vardı. Uzun illər top qovduğum meydana yenidən ayaq basmaq xoş oldu. Azarkeşlər məni çox gözəl qarşıladı".

Zaur Ramazanov sabiq komandasının tezliklə Premyer Liqada olmasını arzuladığını bildirib: "Çox istərdim ki, "Karvan" Premyer Liqada iştirak etsin. Həqiqətən Kənan müəllim yaxşı komanda yaradıb. Çox gözəl kollektivdi. İnşallah, tezliklə Premyer Liqada oynamaq qismət olar".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu