Azərbaycan futbolda öz mövqeyini sürətlə itirməkdə davam edir...

5 Avqust 2021 21:00 Azərbaycan Futbolu 1 566
Azərbaycan futbolda öz mövqeyini sürətlə itirməkdə davam edir...

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan 13,750 xalla 29-cu pilləki yerini qoruyub.

30-cu sıradakı Polşa xallarının sayını 13,625-ə çatdıraraq bu mövqeyə yaxınlaşıb. Buna "Legiya"nın Xorvatiyada Zaqreb "Dinamo"su ilə 1:1 hesablı heç-heçə etməsi səbəb olub. Sloveniya (14,125) reytinqdə 28-cidir.

İndiyədək ölkə təmsilçilərindən "Neftçi" 0,650 xal, "Qarabağ" 0,350 xal, "Sumqayıt" isə 0,125 xal əldə edib. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.125 xala bərabərdir.

Bunlardan yalnız "gənclik şəhəri" təmsilçisi mübarizəni dayandırıb. Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya "Soçi"sinə hər iki görüşdə uduzan (0:3, 2:4) "Keşlə" reytinq xalı qazana bilməyib.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!