PFL-dən klublara xəbərdarlıq: "Bu il  Əsasnamədə xüsusi bir bənd olacaq"

4 İyul 2021 20:20 Azərbaycan Futbolu 1 424
PFL-dən klublara xəbərdarlıq: "Bu il  Əsasnamədə xüsusi bir bənd olacaq"

"Bilirsiz ki, son iki mövsümdə Covid-19 bizimlədir.

Düşünürəm ki, dövlətimizin apardığı məqsədəyönlü siyasətin nəticəsi olaraq pandemiyanın ölkəmizə təsiri mümkün qədər azaldılıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov deyib.

AFFA və Peşəkar Futbol Liqası (PFL) yeni tədbirlər planı üzərində işləməyə başlayıb.

PFL rəsmisi proses barədə bunları söyləyib: "Biz ötən il həm I Divizion, həm Premyer Liqa həm də Azərbaycan kubok oyunlarını tam şəkildə keçirə bildik.

Bu məqamda AFFA-PFL-klublar, eləcə də, futbol ailəsinə daxil olan digər qurumların səmərəli fəaliyyətini qeyd etməliyəm.

Ötən il AFFA Tibbi Protokol, PFL Əsasnaməyə Əlavə, həmçinin detallarla zəngin digər təlimatlar hazırladı və liqaları buna uyğun olaraq keçirdik

. Düzdür, çətin mövsüm idi, amma mövsüm oyunlarının şanlı Qarabağ zəfərimizlə üst-üstə düşməsi bu mövsümü unudulmaz edəcək. Bu il də Əsasnamədə xüsusi bir bənd olacaq.

Ehtiyac yaranacağı təqdirdə, yenə də Əsasnaməyə hazırlanacaq Əlavə qüvvədə olacaq. Məsələnin tibbi tərəfi də var ki, bununla bağlı olaraq AFFA-nın baş həkimi Vyeçeslav Xomenko ilə sıx əlaqədəyik.

Covid-19-la bağlı elə məqamlar var, futbolda dövlət qanunları ilə tənzimlənir. Sözsüz ki, biz dövlətimizi bütün tələb və tövsiyələrini futbol sahəsində izləyəcəyik.

Bundan əlavə, bildiyiniz kimi, Peşəkar Futbol Liqası Avropa Liqalarının tamhüquqlu üzvüdür. Bu mövzuda onlarla səmərəli işbirliyimiz var və ölkələrin təcrübələrindən yararlanırıq.

Elə ölkələr var ki, azarkeşlərin sayı 1000 nəfərdən artıq olacağı təqdirdə, Covid-19 pasportu tələb olunacaq. Elə ölkələr var ki, 72 saatlıq testin nəticəsini.

Elə ölkələr var ki, sadəcə, girişdə temperatur ölçülməsi ilə kifayətlənməyi düşünürlər.

Demək olar ki, bütün ölkələr məsələ ilə bağlı müvafiq qurumlarla əlaqədədirlər və hələ ki yekun qərar verməyiblər.

Bizim çempionatın startı 14 avqusta planlaşdırılıb. Hələ starta qədər kifayət qədər vaxtımız var. Vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacaq.

Ötənildən qalmaq böyük təcrübənin bizə kömək olacağını və AFFA-PFL və klubların birliyi ilə məsələlərin öhdəsindən gələcəyik.

Verilən bütün qərarlarla bağlı, ehtiyac yaranağı təqdirdə, tətbiq olunacaq qaydalarla bağlı sizə, eləcə də ictimaiyyətə vaxtaşırı məlumatlar veriləcək. Hazırda hər şey tənzimlənmə mərhələsindədir”.

Digər Xəbərlər
Xəbər Lenti