İcraiyyə Komitəsi bu gün hansı qərarları verəcək? - GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR

31 May 2021 15:00 Azərbaycan Futbolu 998
İcraiyyə Komitəsi bu gün hansı qərarları verəcək? - GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək.

Toplantı videokonfrans formatında olacaq. Sözügedən İclas saat 17:00-da start götürəcək.

İK-nin toplantısında bir sıra vacib qərarların verilməsi planlaşdırılır. Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, komitə növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq bir neçə kluba əlavə maliyyə vəsaitinin ayrılmasını rəsmiləşdirəcək.

Həmçinin I Divizionda yaş limitinin ləğvinin təsdiqlənməsi nəzərdə tutulur. Belə ki, yaşı 21-dən yuxarı 7 futbolçunun əsas heyətdə meydana çıxmasına icazə verilməsi planlaşdırılır.

Millinin DÇ-2022-nin seçmə mərhələsinin ilk 3 turundakı çıxışı burada müzakirəyə çıxarılacaq, o cümlədən, uşaq-gənclər futbolu ilə bağlı məsələlər gündəmə gətiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"