"Qarabağ" və "Sivasspor" üçün toplaşır - İstanbuldakı azarkeşlər

26 Noyabr 2020 17:00 Azarkeş 452
"Qarabağ" və "Sivasspor" üçün toplaşır - İstanbuldakı azarkeşlər

Bir qrup türkiyəli azarkeş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" üçün toplaşacaq.

Sportinfo.az xəbər verir ki, fanatlar hər iki kollektivi oyunun keçiriləcəyi İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunun önündə qarşılayacaqlar.

Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu görüşdə də eyni addımı atıblar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti