"Neftçi"nin tanınmış azarkeşi şəhid oldu - FOTOLAR

14 Oktyabr 2020 21:40 Azarkeş 3 614
"Neftçi"nin tanınmış azarkeşi şəhid oldu - FOTOLAR

"Neftçi"nin tanınmış azarkeşlərindən biri - Rüfət Əsgərli Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin keçmiş rəhbəri Anar Şabanoğlu məlumat paylaşıb:

"Rüfətin "feysbuk" profilinə göz gəzdirəndə, hər zaman vətənimiz üçün canını fəda etməyə hazır olduğunu, Polad Həşimovun, Raquf Orucovun, Xocalı, 2016-cı ilin aprel və ümumiyyətlə bütün şəhidlərimizin ruhunun ona rahatlıq vermədiyini görürük.

Qubadlılar çox mərd insanlardır. Sentyabrın 27-dən başlayan haqq savaşımız bu fikri tam təsdiq edir.

Virtual dostum olan, tez-tez "feysbuk"da mənə ürək sözlərini yazan Rüfət də belə dəyərli Azərbaycan oğullarından idi. "Dünya malı dünyada qalır, çalışın yaxşılıq edin" deyirdi Rüfət.

Qubadlıya özü qayıda bilməsə də, həmişə "Neftçi"nin oyunlarına gətirdiyi oğlu Xansuvar ata yurduna şərəfli bir igidin övladı kimi alnıaçıq gedəcək.

İnşallah, qəhrəman ordumuz tezliklə Qarabağa və işğal altında olan digər cənnət məkanlarımıza qovuşacaq. O zaman Rüfətin və digər şəhidlərimizin də ruhu şad olacaq! Allah rəhmət eləsin!".

Digər Xəbərlər
Xəbər Lenti