"Onu "Qarabağ"la matçlarda yenidən görmək xoş olacaq"

3 Sentyabr 2023 08:20 Qarabağ 1 495
"Onu "Qarabağ"la matçlarda yenidən görmək xoş olacaq"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Bayer"in idman direktoru Simon Rolfes püşkatmanı şərh edib.

Sportinfo.az xəbər verir ki, o, klubun mərbuat xidmətinə açıqlamasında yaxşı rəqiblərə qarşı mübarizə aparacaqlarını bildirib:

"Andrey Lunyovu "Qarabağ"la matçlarda yenidən görmək xoş olacaq. O, bir neçə gün öncə bu kluba keçib.

"Molde" və "Hekken"ə gəlincə, bunlar Skandinaviya komandalarıdır, adları tanınmış olmaya bilər.

Amma ötən mövsüm Avropa Liqasının “Union”lala matçlardan görmüşük ki, belə komandalar nə qədər keyfiyyətli ola bilər.

Şübhəsiz ki, yaxşı qrupumuz var. Məqsədimiz birinci yeri tutmaqdır".

“Bayer” H qrupunda “Qarabağ”la yanaşı, İsveç “Hakken”i və Norveçin “Molde” klubu ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!