Elxan Məmmədovun onlara sözü var idi, dedi - FOTO

20 İyun 2020 09:14 Azarkeş 1 225
Elxan Məmmədovun onlara sözü var idi, dedi - FOTO

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub.

Sportinfo.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, E.Məmmədov fəal iştirakları ilə əlaqədar könüllülərə AFFA rəhbərliyi adından təşəkkürünü bildirib.

İcraçı vitse-prezident qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.

COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım edib.

Yardımın çatdırılması AVRO-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib.

Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti