"Biz bu gün üçün onların iştiraklarına şübhə edirik"

18 İyun 2020 11:34 Azarkeş 663
"Biz bu gün üçün onların iştiraklarına şübhə edirik"

"Demək olar ki, bütün yarışlarımızı bərpa edə biləcəyimizə şadam. Futbol Avropada daha normal həyata qayıdır".

bu fikirləri UEFA prezidendi Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner futbol oynamaq üçün risk alan, bunun üçün fədakarlıq edən hər kəsə təşəkkür edib: "Bütün futbol ictimaiyyəti futbolun davam etməsi üçün əl-ələ verdilər. Futbol dünyasındakı və bugünkü vəziyyətimizə gəlməyimizə kömək edən ölkələrin hökumətlərinə təşəkkür edirəm".

UEFA prezidenti yarışların məkanlarında baş vermiş dəyişikliklərdən təsirlənən federasiyalara da xüsusi minnətdarlığını bildirib: "Onlarla danışdığım zaman hamısı dərhal vəziyyətə uyğunlaşmaq üçün keçirilmə yerlərini dəyişdirməyə razılaşdılar və böyük həmrəylik göstərdilər.

Bu, gələcək işlərimiz üçün çox vacibdir. Fəxr edirəm ki, oyunçular bu gün ən vacib beynəlxalq müzakirələrə rəhbərlik edirlər.

Gördük ki, Rahim Sterlinq, Marselo, Jerom Boatenq və başqaları "Black Lives Matter" mövzusunda mövqelərini bildirdilər. Markus Reşfordun uşaqları aclıqdan xilas etmək üçün dövlət siyasətini necə dəyişdiyini gördük".

Çeferin yarışlara qatılan hər kəsin sağlamlığını qorumaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Ümid edirik ki, Portuqaliyada Çempionlar Liqasında "8-lər finalı"nı və Almaniyada Avropa Liqasının oyunlarını təşkil edənə qədər hər şey yaxşı olacaq. Hazırda B planı hazırlamaq üçün səbəb yoxdur. Vəziyyəti həftəlik deyil, gündəlik qiymətləndiririk".

Funksioner azarkeşlərin oyunlarına nə vaxt qayıdacağı ilə bağlı da danışıb: "Qitədə boş tribunalar önündəki qarşılaşmalarla bağlı vəziyyəti müntəzəm izləyəcəyik. Azarkeşlərin matçlara tədricən nə vaxt qayıda biləcəyini anlamaq üçün müxtəlif yerli hakimiyyət orqanlarının mövqeyini qiymətləndirəcəyik.

Bu gün üçün fanatların Avropa Liqası və Çempionlar Liqasının 1/4 final, yarımfinal və finallarında iştiraklarına şübhə edirik. Lakin vəziyyət sürətlə dəyişir. Bir ay əvvəl yarışları başa çatdıracağımıza dair sualı cavablandıra bilməzdim. İyulun əvvəlində vəziyyəti qiymətləndirəcək və əlimizdə nə olduğunu görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti