"Neftçi"yə məğlubiyyəti içki ilə unutmağa çalışırdıq"

19 May 2020 12:44 Azarkeş 973
"Neftçi"yə məğlubiyyəti içki ilə unutmağa çalışırdıq"

Sportinfo.az-da "Azarkeşlə söhbət" rubrikası davam edir.

Budəfəki müsahibimiz "Xəzər Lənkəran"ın "Eliko" ləqəbli sadiq azarkeşi Elman Tağıyevdir.

- "Xəzər Lənkəran" klubuna azarkeşlik sevgin necə yaranıb?

- Klubun, azarkeşlərin azad olmağına görə mənim də sevgim yaranmışdı. Daha sonra yerlim Rahidin ora transferi bu sevgini daha da artırdı. Elə o vaxtdan ağ-yaşıl rənglərin dəlisi olmuşam.

- Stadionda baxdığın ilk oyun hansı olub?

- "Xəzər Lənkəran" yarandıqdan sonra ilk oyunu nu 2004-cu ildə - Qubada yoldaşlıq görüşü çərçivəsində "Şahdağ Qusar"a qarşı olmuşdu. Böyük hesablı qələbə qazanmışdılar. Səhv etmirəmsə, 5:0 ya da 5:1. "Xəzər Lənkəran"nın ilk oyununu izləyən azarkeşlərdən biriyəm (gülür).

- "Xəzər Lənkəran"ın hansı qələbəsini hələ də unutmursan?

- Bakıda "Neftçi" üzərində 4:3 hesablı qələbə qazandığımız oyun indi də çox gözəl yadımdadır. Oyundan sonra yaşananlar isə filmlərdəki döyüş meydanını xatırladırdı.

- Doğma klubunda hansı futbolçunu görmək istərdin?

- Yenidən qayıtsalar Rahid Əmirquliyev başda olmaqla, sonuncu bütün prespektivli yerliləri görmək istərdim. Baş məşqçi olaraq isə Mirça Redniki.

- Komandana əzəli rəqib olaraq hansı klubu görürdün və həmin görüşlərə daha aqressiv hazırlaşırdın?

- "Neftçi"

- Oyunlarda qarşılaşdığın və yaddaşında daha çox qalan qalmaqal hansı olub?

- 25 avqust 2013-cü il Lənkərandakı "Böyük Oyun". Bu oyunla Azərbaycanda futbol bitdi.

- "Xəzər Lənkəran"la bağlı unuda bilmədiyin ən böyük uğursuzluq hansı oyunda baş tutub?

- "Makkabi"yə 0-8 uduzduğumuz oyun.

- Rəqib azarkeşlərin "Xəzər Lənkəran"la bağlı dediyi hansı sözlər səndə daha çox qıcıq yaradırdı?

- Rəqib azarkeşlər deyəndə ki, rəqibimiz yalnız neftçililər olub. Nə söz deyirdilər, hamısı qıcıq yaradırdı da (gülür).

- Məğlub olduğunun görüşdən sonra məğlubiyyəti unutmaq üçün nələr edirdin?

- Baxır hansı komandaya və necə məğlub olmağa. Məsələn, "Neftçi"yə məğlubiyyətdən sonra bir azarkeş nə edə bilər? Əsəbi və məyusluğu içki ilə unutmağa çalışırdıq.

- Sənə görə Azərbaycanda ən böyük azarkeş ordusu hansı klubundu?

- Rəqib olsalar da hal-hazırda və son illərdə "Forza Neftçi".

- Azərbaycan tribunası ilə bağlı hansısa arzun varmı?

- Bölgələrdə futbol olsa, tribuna özü inkişaf edəcək. Arzum isə bütün azarkeş qruplarının azad olması, azad ideologiya və azad ideya ilə mübarizə aparmasıdır.

- İllərdi futbolumuzu yaxından izləyirsən. Bir azarkeş kimi fikirlərin maraqlı olardı. Futbolumuz niyə yerində sayır?

- Bunun birbaşa günahkarı AFFA rəhbərliyidir.

- Əlində səlahiyyətin olsaydı, futbolumuzda ilk nəyi dəyişərdin?

- Bütün AFFA rəhbərliyini qovardım! Onların yerinə müasir futbolu bilən, azarkeşdən tutmuş futbolun ən kiçik xırdalıqlarına qədər anlayışı olan şəxsləri rəhbər təyin edərdim. Regionlarda futbol məktəbləri tikdirərdim, akademiyalar yaradardım. Futbol üçün müasir standartlara cavab verən idman kompleksləri inşa etdirərdim. Bütün bunları etdikdən sonra, əgər doğurdanda ölkə futbolunu düşünürəmsə, hər kluba yeni prezident tapıb, o klubu onlara tapşırardım. Hər şey öz yerini tutana kimi onları nəzarətdə saxlayıb, gördükləri işlərlə maraqlanardım. Və ən əsası, klubun prezidenti azarkeşlərin səs verməsi ilə seçilərdi. Amma çox təəssüflər olsun ki, futbolumuzun irəli getməyini istəməyən şəxslərin ucbatından ölkə futbolu bu gedişlə yaxın illərdə tamamilə yox olacaq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti