“Şükür Allaha, “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq!”

30 Yanvar 2019 17:24 Azarkeş 1 503
“Şükür Allaha, “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq!”

“Neftçi” ilə “Forza Neftçi” azad azarkeş qrupu arasında problem həllini tapıb.

Bu gün azarkeşlərlə görüşən klub rəhbərliyi onları tribunalara dönməyə razı sala bilib.

Sportinfo.az xəbər verir ki, bunu qrupun rəhbəri Sübhan Əliyev öz sosial şəbəkə səhifəsində açıqlayıb.

O bildirib ki, ölkənin aparıcı fanklublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacaq.

Ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən “Forza Neftçi” mövsümün ikinci yarısının startından klubun yanında olacaq:

“Şükür Allaha, hər şey qaydasına düşdü. “Forza Neftçi” olaraq “Qarabağ”la oyundan tribunadayıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!