Neymar “Mançester Yunayted”ə qarşı oynayacaq?

30 Yanvar 2019 17:00 Azarkeş 424
Neymar “Mançester Yunayted”ə qarşı oynayacaq?

Fransa Liqa 1-in 22-ci turunda keçirilən PSJ – “Renn” matçında Paris təmsilçisinin hücumçusu Neymarın zədələndiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Neymarın 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Braziliyalı futbolçu PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.

PSJ “Mançester Yunayted”lə fevralın 12-də səfərdə, martın 6-da isə öz meydanında qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!