"Napoli"nin 4 azarkeşi "İnter"lə oyundan əvvəl bıçaqlandı

27 Dekabr 2018 15:24 Azarkeş 430
"Napoli"nin 4 azarkeşi "İnter"lə oyundan əvvəl bıçaqlandı

İtaliya A Seriyasında XVIII turun “İnter” – “Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.

Sportinfo.az xəbər verir ki, dava-dalaş nəticəsində qonaqların 4 fanatı bıçaqlanıb.

Onlardan qarın nahiyəsindən bıçaq yarası alan 43 yaşlı azarkeşin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər 3 nəfər isə yüngül xəsarət alıb.

Bundan başqa, dava zamanı “İnter” azarkeşlərindən biri yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin durumu ağır qiymətləndirilir.

Oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!