Dünən baş tutan “Keşlə” – “Qarabağ” oyunundan sonra 4 azarkeş saxlanılıb.
Ölkə kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmasının sonlarında ağdamlıların fişəng yandırması bəzi fanatların polis nəzarətinə götürülməsinə səbəb olub.
Sportinfo.az xəbər verir ki, polislərin xüsusi maşınlarla stadiondan apardığı fanatlar bir müddət bölmədə saxlandıqdan sonra sərbəst buraxılıb.

