“Portu”nun qapıçısı İker Kasilyas “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun “bostanına” daş atıb.
Sportinfo.az xəbər verir ki, Portuqaliya qəzetlərindən biri Kasilyasın yaşını nəzərə alaraq, onun karyerasını bitirməli olduğunu yazıb.
İker “tvitter”də bu yazıya münasibət bildirərkən, Mourinyoya “ilişib”. “Portuqaliya qəzetlərindən birinin yazdığına inansaq, guya mənim kimi, 37 yaşlı qapıçı karyerasını bitirməyə yaxındır. Tamamilə razıyam.
Amma mənim də bu qəzetə belə bir sualım var: Əgər bir məşqçi komandanı öz ardınca apara bilmirsə, o, bu komandaya rəhbərlik etməyə qadirdir?”
Joze Mourinyo “Real”da çalışarkən, İker Kasilyasla münaqişə yaşamışdı.

