Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda təmsilçimiz "Qarabağ" səfərdə "Arsenal"a 0-1 hesabı ilə uduzub.
Sportinfo.az xəbər verir k, Londonda "Emreyts" stadionunda keçirilən matçdan öncə azərbaycanlı və erməni azarkeşlər arasında söz davası olub.
Qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ"ın futbolçularının üzərinə qaçıb. Mühafizəçilər dərhal onu meydandan çıxarıb.

