Azərbaycanda stadiona gəl, həm bax, həm bəxtini sına, qazan!

5 Dekabr 2018 10:00 Azarkeş 589
Azərbaycanda stadiona gəl, həm bax, həm bəxtini sına, qazan!

“Azərbaycan futbolunda ən böyük problemlərdən biri azarkeş qıtlığıdı.

Toplantında bu məsələ də müzakirə olundu”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev Premyer Liqada tamaşaçı azlığının səbəbləri barədə AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra danışarkən deyib.

O, azarkeşlərlə işlərin təkmilləşdirilməsini müzakirə etdiklərini bildirib: "Mövcud rəqəmləri qoruyub, azarkeş sayının artması üçün işlərin görülməsi üçün addımlar atılmalıdı. Bu yöndə müəyyən tövsiyələr də olub. Ümumi bir konsepsiya yaradılmalıdır".

K.Quliyevin sözlərinə görə, tamaşaçı sayının artırılması üçün AFFA da öz təkliflərini verməyə hazırdır: "Bu işin stimullaşdırılması üçün tədbirlər, konsertlər, əvvələr olduğu kimi lotereyalar və s. təşkil etmək olar. Milli assosiasiya bu istiqamətdə işlərin aparılması üçün klublara həm müraciət etdi, həm də dəstəyini təklif etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti