Görülməmiş hal! Azərbaycanlılar tribunanı 2 saat əvvəldən doldurdu - VİDEO

28 Noyabr 2018 15:48 Azarkeş 704
Görülməmiş hal! Azərbaycanlılar tribunanı 2 saat əvvəldən doldurdu - VİDEO

İran çempionatında 13-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu Tehranda - "Azadi” stadionunda “Persepolis”lə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Hazırda “Traktorsazi” 23 xalla 3-cü pillədə qərarlaşıb. Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.

Belə ki, matçın start götürməsinə 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər "Traktorsazi” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti